Geri Qaytarma və Ödəmə

Məhsulu geri qaytarmaq istəyirəm, nə etməliyəm?

Ən sürətli və effektiv həllə çatmaq üçün xahiş edirik support@asebutik.az ünvanına e-poçt yazın və Müştəri Xidmətləri Əməkdaşımız sizi istiqamətləndirəcək.

Məsulu geri qaytarmaq istəyirəm, qaytarma şərtləri nədir, hansı məhsulları geri qaytara bilərəm?

"ASEbutik.az ünvanından satın almış olduğunuz; istifadə edilməmiş, ziyansız və daxili / xarici etiketləri kəsilməmiş məhsullarınızı, 14 gün içərisində geri qaytara bilərsiniz. Gigiyena şərtləri ilə əlaqəli alt geyim məhsullarında geri qaytarılma yoxdur. Kosmetika və şəxsi qayğı məhsulları gigiyena qaydaları səbəbiylə ancaq qabı açılmamış, istifadə edilməmiş, sınanmamış və son istifadə etmə tarixi keçməmiş olmaları halında qaytarıla bilər."

Geri Qaytarmanı Qəbul edən Ofis / Mərkəzləri ünvanlarını necə öyrənmək olar?

Xahiş edirik support@asebutik.az ünvanına e-poçt yazın və Müştəri Xidmətləri Əməkdaşımız sizi istiqamətləndirəcək.

Geri qaytarma edərkən karqo xərcini mən qarşılayacam?

Qaytarmaq istədiyiniz məhsulları, hər ölkədə müəyyənləşdirilmiş geri qaytarma Qəbul Ofis / Mərkəzlərinə gətirilməsi müştərinin məsuliyyətindədir. Qaytarma Qəbul Ofis / Mərkəzlərinə, geri qaytarmaq istədiyiniz məhsul və ya məhsulları çatdırdıqdan sonra hər hansı bir karqo xərci ödənilməyəcək.

Geri qaytardığım məhsulun pulunu nə zaman və necə geri ala bilərəm?

Göndərdiyiniz məhsulların məbləği, geri qaytarma əməliyyatının təsdiqlənməsinin ardından 7 iş günü içərisində tərəfinizə geri ödənilir. Ödəniş qaytarılması prosesi tamamlandıqda sizə e-poçt və cib telefonu ismarıc vasitəsilə məlumat verilir.

Məbləğim hələ də ödənilməyib,nə etməliyəm?

Məbləği geri qaytarma, alışverişinizde istifadə etdiyiniz kredit kartı və ya bank hesabınıza qaytarmanı təsdiqləndiyi anda avtomatik olaraq həyata keçirilir. ASEbutik tərəfindən geri qaytarma əməliyyatı bankınıza ödənildiyi vaxt, hesabınıza qeydiyyatda olan e-poçt ünvanınıza əməliyyat detallarını göstərən bir dekont göndərilir. Bu dekontu təmsil edən e-poçt əlinizə çatdısa, ASEbutik tərəfindən bankınıza geri ödəməsi qəti olaraq edilib deməkdir. Geri qaytarma əməliyyatının bank və ya kart hesabınıza əks olunma müddəti isə Bankınızın əməliyyat müddətinə görə dəyişənlik göstərir.

Yeni hesabın yaradılması

Hesabın var?
Dərhal daxil ol və ya Şifrəni sıfırla